Dünya 14:35 26.07.2018

Trampın arvadına xəyanəti sübut olundu

ABŞ prezidenti Donald Trampın vəkili Maykl Kohenlə model Karen Makdouqal barədə danışığının səs yazısı ortaya çıxıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Tramp evli olduğu dövrdə münasibətdə olduğu Makdouqalla əlaqəsinin bilinməməsi barədə Kohenlə müzakirə aparır. O, məsələ ilə bağlı vəkilinə göstərişlər verir və modelə nağd ödəniş etməməsini tapşırır.

Qeyd edək ki, modellə prezidentin münasibəti Trampın oğlu Barron Tramp doğulandan sonra yaranıb. Donald Trampın Karen Makdouqala bu barədə danışmaması üçün 150 min dollar ödədiyi iddia edilir.

Gülşən