Dünya 14:50 10.08.2017

Trampın çəkdiyi şəkil rekord qiymətə satıldı

ABŞ prezidenti Donald Trampın çəkdiyi şəkil rekord qiymətə satılıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Manhettan və "Trump Tower"ın yer aldığı olduqca sadə olan şəkil 29 min 184 dollara satılıb. 

Qeyd edək ki, xeyriyyə məqsədi daşıyan bu fikir 2005-ci ildə tərtib olunub. Con Makkeyn, Şarliz Teron, Cozef Liberman və s. məşhurların iştirak etdiyi layihədə 11 rəsm əsəri yer alıb və 9 min dollarla satışa start verilib. 

Trampın əsəri kolleksiyaçıların böyük marağına səbəb olub və dünya mətbuatında gözləniləndən daha çox müzakirə edilib.

Gülşən

Qaynarinfo.Az