Dünya 13:50 10.05.2019

Trampın impiçmenti üçün 10 milyon imza toplandı

ABŞ Konqresinə prezident Donald Trampın impiçmenti üçün 10 milyondan çox imza təqdim edilib. 

Qaynarinfo xəbər verir ki, imzalar "Free Speech For People", "CREDO", "MoveOn", "Democracy for America", "Women's March", "Courage Campaign" təşkilatlarının təşəbbüsü ilə toplanıb və Nümayəndələr Palatasının üzvü Rəşid Tlaib və Ol Qrinə təqdim edilib. İmzalar impiçment prosesinin başlaması üçün lazım olan qanun layihəsini qəbulu məqsədilə məhkəmə komitəsinə verilib. 

Qeyd edək ki, Trampın impiçmentinin müzakirəsi "Rusiya işi" istintaqı ilə birlikdə başlayıb. Lakin ABŞ prezidentinin seçki dövründə Rusiya ilə razılığı gəlməsi ilə əlaqədar heç bir sübut tapılmayıb.

Gülşən