Dünya 09:51 15.08.2020

Trampın kiçik qardaşı ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Amerika lideri Donald Trampın kiçik qardaşı Robert ağır vəziyyətdə Nyu York xəstəxanasına yerləşdirilib. 

Qaynarinfo xəbər verir ki, bu haqda ABC telekanalı Ağ Evin mətbuat katibi Keyli Makeniyə istinadən məlumat yayıb.

Telekanalın mənbələri qeyd edib ki, ABŞ prezidentinin kiçik qardaşı ağır xəstədir. İndi bir həftə əvvəl müalicə aldığı Mount Sinai xəstəxanasında reanimasiyadadır. Xəstəliyin təbiəti bildirilmir.

Donald Tramp Roberti xəstəxanada ziyarət edib. Bundan sonra Ağ Ev Trampın maşın karvanının xəstəxanaya getdiyini əks etdirən video yayıb.

"Qardaşım gözəl insandır, onunla əla münasibətimiz var. İndi xəstəxanadadır. Ümid edək ki, tezliklə sağalacaq", - Tramp deyib və Robertin indi çətin anlar keçirdiyini əlavə edib.
 
Alpər