Dünya 16:25 20.11.2018

Trampın meksikalı miqrantlar barədə qərarı təxirə salındı

ABŞ məhkəməsi prezident Donald Trampın Meksikadan gələn miqrantlara tətbiq etdiyi qadağanı müvəqqəti olaraq təxirə salıb.

Qaynarinfo xəbər verir ki, hakim Con Tiqar bu barədə qərar qəbul edib. ABŞ-la sərhədə yığışan 7 mindən çox miqrant səbəbilə Tramp ərazidə fövqəladə vəziyyət elan etmiş və "Evlərinizə qayıdın" çağırışını etmişdi. 

Hər gün sadəcə 100 nəfərin miqrasiya müraciəti qəbul edilir. İnsanların sərhəddə gözləyişi aylarla davam edə bilər.

Gülşən