Siyasət 10:57 26.10.2020

Trampın Qarabağ açıqlamasına Rusiyadan reaksiya

ABŞ Prezidenti öz repertuarına uyğun olaraq Qarabağ açıqlaması edib.

Qaynarinfo xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində rusiyalı senator Aleksey Puşkov paylaşıb.

Trampın Qarabağı asanlıqla həll edə biləcəyi haqda sözlərinə toxunan Puşkov ABŞ-ın hələ də Əfqanıstan, Suriya, Liviya, Ukrayna və Şimali Koreya problemlərini həll edə bilmədiyini deyib:

"O, başqa cavab da verə bilməz. Ona görə ki, o, ABŞ-ın bu konfliktlərdən hansısa birini həll etmək gücündə olmadığını bilir”.