Dünya 10:20 06.08.2017

Trampın "tweet"ləri tualet kağızı oldu (FOTO)

ABŞ prezidenti Donald Trampın "twitter" hesabında yazdığı "tweet"lərin çap olunduğu tualet kağızı satışa çıxarılıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Trampın "tweet"lərinin çap olunduğu tualet kağızları Amazon alış-veriş saytında satışa çıxarılıb. 

Prezidentin dəstəkçilərinin narazılıqla qarşıladığı kağızların qiyməti 12,95 dollardır və digər kağızlarla müqayisədə baha qiymətə satılır.

Qeyd edək ki, hadisə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Gülşən

Qaynarinfo.Az