ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında baş tutacaq görüşün vaxtı bəlli olub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, prezidentlər iyunun 12-də bir araya gələcəklər.
Şimali Koreyada həbsdə olan 3 amerikalının sərbəst buraxılmasından sonra Tramp bu barədə sosial şəbəkə hesabında yazıb. O, görüşün iyunun 12-də Sinqapurda baş tutacağını bildirib.
"İkimiz də dünya barışı üçün çox özəl bir an gerçəkləşdirmək üçün çabalayacağıq", - deyə o, qeyd edib.
Şərhlər