İdman 09:44 05.02.2019

Transferə 445 milyon büdcə ayırdılar

"Mançester Yunayted" yay transfer pəncərəsinin hazırlıqlarına indidən başlayıb.

Qaynarinfo xəbər verir ki, mövsümün gedişində baş məşqçi postunda Joze Mourinyonu Ole Qunnar Sulşerlə əvəzləyən "qırmızı-şeytanlar" transferlər üçün 200 miylon funt-sterlinq (təxminən 445 milyon manat) ayırıb. Bu barədə "The Sun" məlumat yayıb.

Hələlik gələn mövsüm komandanı kimin çalışdıracağı bəlli deyil. Mövsümün sonunadək müqavilə imzalanan norveçli mütəxəssisin uğurlu nəticələrə imza atması onun komandada qalmaq ehtimalını artırır.