İdman 19:02 28.06.2020

Transferlərə 1 milyarddan artıq xərcləyən 10 klub müəyyənləşdi

GiveMeSport analitik saytı 2000/01 mövsümündən bəri transferlərə ən çox pul xərcləyən 10 klubun siyahısını tərtib edib.

Fanat.Az xəbər verir ki, birinci pillədə "Çelsi” qərarlaşıb. "Zadəganlar" son 20 ildə transferlərə 1,96 milyard funt (təqribən 2 milyard 215 milyon avro) xərcləyib. Ümumilikdə, Avropanın 14 klubunun hər biri göstərilən müddətdə transferlər üçün ən azı 1 milyard funtundan keçib.

Son 20 ildə transferlərə ən çox pul xərcləyən klubların siyahısı:

1. Çelsi - 1,96 mlrd funt
2. Real - 1,95 mlrd
3. Barselona - 1,87 mlrd
4. Mançester Siti - 1,86 mlrd
5. Yuventus - 1,73 mlrd
6. Mançester Yunayted - 1,62 mlrd
7. İnter - 1,44 mlrd
8. PSJ - 1,41 mlrd
9. Liverpul - 1,35 mlrd
10. Atletiko - 1,23 mlrd