Dünya 16:44 12.10.2017

Tük ürpədən arxeoloji tapıntılar (FOTOLAR)

Arxeoloji qazıntıların gizliliyi tapıntılarla daha da sirli hala gəlir. "Qaynarinfo" tük ürpədən arxeoloji tapıntıları təqdim edir:

Venedik vampirləri


Venedikdə torpaq altından çıxarılan bir məzarın o dönəmin "vampir"lərinə aid olduğu ortaya çıxarılıb. Burada aşkarlanan cəsədlərin əksəriyyətinin ağzında daş tapılıb. Bunun səbəbi olaraq öldükdən sonra canlanıb birini dişləməsinin əngəllənməsi üçün olduğu bildirilir. 


Həmin tarixlərdə vampirlərin qan içməkdən çox ölən insanların kəfənlərini çeyniyərək vəba xəstəliyinə səbəb olduqlarına dair inanclar var idi. 

İlk duş sistemi


Berqama antik şəhərində tarixin ilk duş sistemi tapıldı. Dünyada duş sistemini ilk dəfə Yunan İmperatorluğunun istifadə etdiyi ortaya çıxdı. 

Taxta üzərində yazılar


Paskalya adasında tapılan bu tablet üzəində çox məlumat daşıyır. Amma təəssüf ki, bu yazını oxuya bilən son insan 1900-cü illərdə dünyasını dəyişib.

Leonardo Da Vinçinin robotu


1950-ci ildə tapılan bu robot tam olaraq insan kimi hərəkət edə bilir. 

Knossosda tapılan müasir saray


Sarayda üstdən və aşağıdan qızdırma sistemi mövcuddur. O dövrdə belə bir sistemin qurulması alimləri təəccübləndirir. 

Kimyəvi silah


Roma və Pers krallıqlarının mövzud olduğu zamanlardan qalan bir tuneldə yüzlərlə insan skeletinin tapılması həmin insanların tuneldə həbsdə saxlandığı barədə fikirlər yaratmışdı. Lakin həqiqət sonrada ortaya çıxdı. Bildirilir ki, qarşı tərəf tunelə kükürd qazı dolduraraq insanların kütləvi ölümünə səbəb olub.

Şimali Amerikadakı vikinqlər 


Araşdırmalara görə, Lanse aux Meadovs adlı bu yer Amerikanın kəşfindən daha öncə mövcud olub və burada vikinqlər yaşayıb. 

Meksikada aşkarlanan məzarlıq


Meksikanın paytaxtında arxeoloqlar böyük kəşfə imza atıb. Aztek imperatorluğundan qalma  676 insan kəlləsi tapılıb.

Qadın və uşaq kəllələrinin üstünlük təşkil etdiyi yüzlərlə insanın o dövrdə "qurban" mərasimi üçün öldürüldüyü düşünülür. Həmin dövrdə insanları qurban etmək kimi bir ayin mövcud olub. Və sözügedən insanlar "Günəşə qurban" olaraq öldürülüblər.

Mütəxəssislər bu kəllələrin "qurban" mərasimlərində öldürülən onminlərlə insanın sadəcə bir qismi olduğunu düşünür. Kəllələrdən qurulan qülləyə bənzər tikilinin düşənlərin gözünü qorxutmaq və ya məhkumlara göz dağı vermək məqsədilə tikildiyi bildirilir.


Nərmin Həsənli 

Qaynarinfo.Az