Tünzalədən etiraf: “Xərçəng boğazımadək yayılıb”

Tünzalədən etiraf: “Xərçəng boğazımadək yayılıb”

Əməkdar artist Tünzalə Əliyeva yenidən onkoloji xəstəliyə tutulması barədə yayılan xəbəri təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə İnstaqramda yazıb:

"Bu sözləri yazmaq mənim üçün çətindir. Təəssüflər olsun ki, xəstəliyim metastoz verdi və boğazıma qədər yayılıb. Milli Onkologiya Xəstəxanasında 6 kimya alacam, inşallah sağalaram. Özümü hər an hər şeyə hazırlamışam, amma inanıram ki, yaxşı olacaq. Zəhram çox balacadır, onu böyütmək istəyirəm. Bütün müalicəm təmmannasız ediləcək”.

Qeyd edək ki, aktrisanın xəstəliyi ötən il baş qaldırmışdı. O, əməliyyat olunmuş və kimyaterapiya almışdı.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR