Ölkə 23:59 11.09.2017

Turistlər Azərbaycanda nədən narazıdır? (VİDEO)

Gəzinti və istirahət üçün ölkəmizə üz tutan turistlərin əksəriyyəti Azərbaycandan razı gedir. Amma Milli Turizm Təbliğat Bürosunun apardığı sorğuya əsasən ölkəmizə gələn turistlərin narazı qaldıqları bəzi məqamlar da var. Turistlər narazılıq edir ki, taksi sürücüləri onları aldadır, bələdçi sayı azdır. Onlar avtomobil kirayə götürən zaman çətinlik çəkdiklərini də deyirlər.

Ölkəmizə səfər edən turistlərin böyük əksəriyyəti burdan razı getsələr də onları narahat edən bir çox problemlər var. Bu açıqlamanı Milli turizm təbliğat bürosunun mətbuat katibi Kənan Quluzadə verib. Onun sözlərinə görə büronun apardığı araşdırmalar və sorğular belə deməyə əsas verir.

Bundan başqa turistlər həmçinin ölkədaxili turlar zamanı məlumat bürolarının azlığından da narazılıq ediblər. Xüsusilə də bölgələrə səfər edən zaman bu problemlə rastlaşdıqlarını söyləyiblər. Turislətin razı qalmadığı xidmətlər sahəsində ""rent a car""lar da var. Onların sözlərinə görə avtomobil icarəyə götürmək istəyən zaman müəyyən problemlərlə üzləşirlər. Lakin bu sahədə fəaliyyət göstərən şirkətlərdən birinin nümayəndəsi deyir ki, əcnəbilərə avtomobillər müqavilə ilə verilir..

Büronun sözçüsü deyir ki, ölkəmizə axın edən turistlərin sayının çoxluğuna görə birinci yeri Rusiya, ikinci Gürcüstan, 3-cü yeri isə İran tutur. Körfəz ölkələrinə isə Azərbaycan yenicə qapı açdığına görə onların çoxluğu sadə dildə desək gözümüzü qamaşdırır.

Sadalanan problemlərlə bağlı təkliflər paketi hazırlanaraq dövlət qurumlarına təqdim edilib ( xezerxeber.az)

Qaynarinfo.Az