İdman 14:09 07.12.2013

Türk klubu azərbaycanlı futbolçuları izləyəcək

Futbol üzrə Türkiyə çempionatının I divizionunda mübarizə aparan “Şanlıurfaspor” klubu azərbaycanlı futbolçuların xidmətində maraqlıdır. 

Anspress-in Apasport-a istinadən verdiyi məlumata görə, klubun idman direktoru Murat Daldık həmyerlilərimizi iş başında görmək üçün Azərbaycana gəlib. Klub rəsmisi bu gün əvəzedici heyətlərin çempionatına “İnter” – “Xəzər Lənkəran” görüşünü, sabah isə Topaz Premyer Liqasının XV turu çərçivəsində keçiriləcək “Sumqayıt” – “Bakı” matçını canlı izləyəcək.

Qeyd edək ki, Murat Daldık bizim üçün tanış simadır. Daha öncə menecer kimi fəaliyyət göstərən klub rəsmisi 2004-cü ildə millimizin üzvü Mahir Şükürovun “Antalyaspor”a keçidində rol oynayıb.

Qaynar.info