Foto 11:30 04.03.2020

Türk ordusu Əsədin zenit-raket kompleksini məhv etdi (FOTO)

Türkiyə Silahlı Qüvvələri İdlibin Sərakib bölgəsində Suriya hökumət qüvvələrinə məxsus "Panzir-C1” hava hücumundan müdafiə raket sisteminin məhv edilməsini əks etdirən video yayımlayıb. 

Qaynarinfo MK.ru-ya istinadla xəbər verir ki, video Directorate 4 Telegram kanalında yayımlanıb.

Kadrlarda hədəfin hava zərbəsi ilə necə müəyyən edilərək məhv edilməsi görünür.

Bundan əvvəl, Türkiyə MN martın 3-də İdlib vilayətində 9 tank, iki haubitsa, iki hərbi maşın, həmçinin Suriya hökumətinin 299 əsgərinin məhv edildiyini bildirib.
 
Alpər