Video 20:51 16.03.2020

Türk şərhçi "Kobra" ləqəbli idmançımıza şeir həsr etdi (VİDEO)

Türkiyənin "TV8" kanalında yayımlanan "Survivor Ekstra" verilişində azərbaycanlı idmançı Pərviz Abdullayev yenidən diqqət mərkəzinə düşüb.

Qaynarinfo BAKU.WS-ə istindən xəbər verir ki, bu dəfə "Survivor Ekstra"nın şərhçisi Murat Özar "Kobra" ləqəbli idmançımıza şeir həsr edib.

Türk şərhçi azərbaycanlı iştirakçının yarışda göstərdiyi performans və uğurları nəzmə çəkib.

Pərviz Abdullayevə həs rolunan şeir Türkiyə mediasında böyük maraqla qarşılanıb.

Qeyd edək ki, "Survivor 2020" yarışmasında iştirak edən həmyerlimiz "Məşhurlar" komandasında yer alıb.