Dünya 12:48 06.02.2018

Türkiyə Afrində neçə terrorçu öldürüb?

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində apardığı anti-terror "Zeytun Budağı" əməliyyatı nəticəsində bu günə qədər 970 terrorçu zərərsizləşdirilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bu barədə TSQ məlumat yayıb. Azad Suriya Ordusu ilə birgə təşkil edilən əməliyyat çərçivəsində fevralın 6-da 23 YPG/PYD və İŞİD üzvü öldürülüb.

Qeyd edək ki, "Zeytun Budağı" 20 yanvarda start götürüb. 

Gülşən