Xəbər lenti

Dünya 18:50 28.02.2020

Türkiyə boğazları hərbi gəmilərin üzünə bağlaya bilər

Türkiyə Boğaziçi və Çanaqqala boğazlarını hərbi gəmilər üçün bağlamaq haqda düşünür.

Qaynarinfo xəbər verir ki, bu haqda "Anadolu” xəbər agentliyi məlumat yayıb. 

Qeyd olunur ki, Türkiyə hakimiyyəti milli təhlükəsizliyə təhdid olduğu təqdirdə boğazları bağlamaq hüququnu verən Montre Konvensiyasının 20 və 21-ci bəndlərindən faydalana bilər. Bundan əlavə, aprel ayında S-400-ün planlaşdırılan yerləşdirilməsi də qeyri-müəyyən müddətə təxirə salına bilər.

Xatırladaq ki, dünən Əsəd və rusiya qüvvələrinin İdlibdə birgə hücumu nəticəsində 33 türk hərbçisi həlak olub. 
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->