Dünya 21:20 01.02.2018

Türkiyə daha 2 şəhid verdi

İraqda PKK terrorçularının hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələri  itki verib. 

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, terrorçuların hücumu zamanı iki türk hərbçisi həlak olub, daha 2 nəfəri isə yaralanıb.

Qeyd edək ki, bu gün Türkiyə Hərbi-Hava Qüvvələrinin zərbələri nəticəsində 49 PKK terrorçusu məhv edilib.