Dünya 14:07 04.03.2020

Türkiyə daha iki şəhid verdi

Suriyanın İdlib əyalətində Türkiyə mövqelərinin atəşə tutulması nəticəsində daha iki türk əsgəri şəhid olub, altı nəfər yaralanıb.

Qaynarinfo mk.ru-ya istinadla xəbər verir ki, bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyinin verdiyi məlumatda deyilir.

Xatıladaq ki, Türkiyə Suriya ordusuna qarşı "Bahar Qalxanı” əməliyyatı keçirir.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Türkiyə silahlı qüvvələrini İdlibdəki terror qruplaşmalarına qoşulmaqda günahlandırıb.
 
Alpər