Dünya 15:24 31.01.2018

Türkiyə Darmik dağını bombalayır

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində həyata keçirdiyi anti-terror əməliyyatı çərçivəsində Darmik dağının arxasında yerləşən Minnaq havalimanı, Maranez və Bafelyun təpələrini bombalayır.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, dəfələrlə təşkil edilən hava hücumu zamanı əsas hədəf PKK-nın Suriya qolu olan PYD/YPG-nin sığınacaq və anbarlarıdır. 

Qeyd edək ki, 20 yanvarda start götürən "Zeytun Budağı" əməliyyatında bu günə qədər 712 terrorçu zərərsizləşdirilib.

Gülşən