Dünya 09:46 21.07.2020

Türkiyə F-35-ləri ABŞ-a geri qaytardı

Türkiyə ilə ABŞ arasındakı Birgə Hücum Təyyarəsi Proqramı çərçivəsində Türkiyə Silahlı Qüvvələri üçün istehsal edilən 8 ədəd F-35A Lightning II model qırıcı ABŞ Hava Qüvvələrinə təhvil verilib.

Qaynarinfo xəbər verir ki, "Lockheed Martin" şirkəti tərəfindən istehsal olunan qırıcılar S-400 tədarükü səbəbindən geri alınıb və yenidən boyandıqdan sonra ABŞ Hava Qüvvələrinin inventarına salınıb.

Xatırladaq ki, ötən həftə ABŞ Senatı komitəsi Hava Qüvvələrinə sözügedən 8 qırıcının təhvil alınması səlahiyyətini vermişdi.

Qeyd edək ki, F-35-lərin əsas istehsalçısı olan "Lockheed Martin" şirkəti isə diqqət çəkən bir qərara imza atmış, rəsmi saytındakı qlobal tədarükçülər siyahısından Türkiyənin adını çıxarmışdış

Camal