Texnologiya 16:05 11.01.2021

Türkiyə Facebook və WhatApp-a qarşı istintaq başlatdığını açıqladı

Facebook və WhatsApp yeni məxfilik siyasəti təqdim etdikdən sonra Türkiyənin Antiinhisar Komitəsi onlara qarşı istintaq işi açmağa qərar verib. 

Qaynarinfo xəbər verir ki, buna əsas səbəb messencerin öz istifadəçilərinin vərdiş və zövqlərini öyrənmək üçün onların şəxsi məlumatlarını Facebook-a ötürə biləcəyi bəndin ortaya çıxması olub.

Bəzi türk məmurların WhatsApp istifadə etməməsinin səbəbinin də bu olduğu bildirilir.

Qeyd edək ki, Türkiyədə İnhisar Əleyhinə Komitənin qərarına uyğun olaraq WhatsApp üçün yeni istifadəçi müqaviləsinin fəaliyyəti dayandırılıb.