İdman 22:10 28.10.2021

Türkiyə futbolunda azarkeşlərlə bağlı məhdudiyyət aradan qaldırılır

Türkiyə futbol matçlarında azarkeşlərlə bağlı məhdudiyyət aradan qaldırılır.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Məluamata görə, noyabrın 9-dan bütün oyunlara stadionun ümumi tutumunun 100 faizi qədər tamaşaçı buraxılacaq.

TFF qarşılaşmalar zamanı tribunaların tam dolmasına icazə verib. Lakin qurum peyvənd olunmamamış azarkeşlərin stadionlara buraxılmayacağını açıqlayıb.