Video 09:55 01.11.2019

Türkiyə futbolunda biabırçılıq (VİDEO)

Türkiyənin "Ankaragücü” klubunun İdarə Heyətinin hesabat iclasında zamanı biabırçı hadisə baş verib.

Qaynarinfo xəbər verir ki, klub nümayəndəsi Əli İhsan Mutlu çıxışı zamanı prezident Mehmet Yigineri maliyyə hesabatını düzgün təqdim etməməkdə ittiham edib. Bundan hiddətlənən klub prezidenti ayağa qalxaraq Əli İhsanı təhqir edib. Daha sonra isə digər klub nümayəndələri onun üzərinə cumaraq yumruq və təpiklə vurublar. Mühafizə xidmətinin müdaxiləsindən sonra Əli İhsan salondan çıxarılıb.