Türkiyə İrandan xam neft idxalını tamamilə dayandırıb.
Qaynarinfo xəbər verir ki, ölkə neft ehtiyacını İraq, Qazaxıstan, Rusiya, Küveyt, Nigeriya, Səudiyyə Ərəbistanı və Azərbaycandan qarşılayıb. Ötən ilin iyun-noyabr ayları dövründə İrandan idxal edilən neft miqdarı 50,59% azalaraq 2 milyon 997 min tona düşüb. Əvvəlki ilin eyni dövründə isə 6 milyon 66 min ton xam neft idxal edilmişdi.
ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalardan sonra idxal prosesi tədricən azaldılıb, noyabr ayında isə neft idxalı tamamilə dayandırılıb.
Türkiyə neft ehtiyacının 67,85%-ni, yəni 4 milyon 671 tonu İraqdan tədarük edib. Ötən ilin eyni dövründə bu miqdar 2 milyon 783 min ton idi.
Gülşən
Şərhlər