Video 23:36 25.03.2019

Türkiyə millisi Moldovanı darmadağın etdi (VİDEO)

Türkiyə yığması Avro-2020-nin təsnifat mərhələsi çərçivəsində Moldova komandasına qalib gəlib.

Qaynarinfo-nun məlumatına görə, H qrupunda yer alan komandaların görüşü meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Türkiyənin heyətində Həsən Əli Kaldırım (24-cü dəqiqə), Cenk Tosun (26,53) və Kaan Ayxan fərqlənib (70).

Bu Türkiyə yığmasının təsnifat mərhələsində keçirdiyi ikinci görüşdə ikinci qələbəsi idi, Moldova hər iki oyunu uduzub.