İdman 15:25 17.12.2013

Türkiyə millisinin 3 futbolçusu vətən xaini elan edildi


Türkiyə millisinin keçmiş baş məşqçisi Abdullah Avcının atası şok açıqlamalar verib.

Qaynar.info
xəbər verir ki, Beyaz TV kanalına açıqlama verən Muhsin Avcı milli komandanın uğursuzluğunun günahkarının oğlu Abdullah Avcı deyil milli futbolçuların olduğunu deyib.

Muhsin Avcı milli komandanın uğursuzluqlarından biri kimi "Fənərbaxça" və "Qalatasaray" rəhbərliklərinin futbolçulara təzyiq göstərdiklərini deyib.

Onun sözlərinə görə, bu klubun rəhbərliyi futbolçulara özlərini yormaması və zədələnməmələri üçün xəbərdarlıq ediblər: "Mən bunları vətən xaini elan edirəm, amma hamısını deyil. Əmrə qol vurur, Həmid, Səlcuk və Nuri ayağa qalxıb alqışlamır və Abdullaha tərəf qaçmırlar".

Qaynar.info