Sənət 20:15 02.04.2015

Türkiyə Oskarlı aktrisanı qovdu

Bu il “Ən yaxşı qadın aktrisa" Oskarını qazanan Julianne Moore-un Türkiyənin tanıtım filmindəki performansı bəyənilməyib.

Qaynar.info Oxu.Az-a istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin təqdimatı üçün səlahiyyət verdiyi ABŞ-ın "Iconisus & I Mean It" şirkətinin hazırladığı həmin filmi rədd edib.

 "Still Alice" adlı filmdəki performanıs ilə  “Ən yaxşı qadın aktrisa" mükafatını alan 55 yaşlı Julianne Moore tanıtım filmində, uşaqlığında Türkiyəyə gəlmiş bir turisti canlandırır və təyyarədə keçmişə dönüşlərlə o səyahətləri xatırlayır.

Julianne Moore haqqında ABŞ və ingilis mətbuatında da bu baradə əks-səda doğuran yazılar yer alıb.Belə ki, US Weekly-də "Pis aktyorluğu səbəbiylə Türkiyədəki turizm reklamından qovuldu", Daily Mail-də isə  "Türkiyə üçün kifayət qədər yaxşı deyil" başlıqlı yazı işıqlandırılıb.

Qaynar.info