Türkiyə ABŞ-da həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrabla bağlı Vaşinqtona nota verib.
"Qaynarinfo" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, notanın verilməsi iş adamın durumu ilə əlaqədarıdır. Türkiyə XİN-in bununla bağlı rəsmi açıqlama yayacağı gözlənilir.
Qeyd edək ki, bu gün Türkiyə KİV-lərində Rza Zərdabın həbsxanada yoxa çıxması ilə bağlı xəbərlər yayılıb. Onun 5 gündür harada olduğu bilinmir.
İş adamının vəkili Şeyda Yıldırım mətbuata açıqlamasında Zərrabdan xəbər ala bilmədiyini deyib.
"Beş gündür ki, bizə heç bir məlumat verilmir. Rza Zərrabdan xəbərimiz yoxdur” - deyə xanım vəkil qeyd edib.
Xatırladaq ki, Azərbaycan əsilli iş adamı Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.
Qaynarinfo.Az
Şərhlər