Dünya 17:28 11.12.2020

Türkiyə səfiri İran XİN-nə çağrıldı

Bakıda dünən keçirlən Zəfər Paradında Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın oxuduğu şeir diplomatik gərginlik yaradıb.

Qaynarinfo YeniSabah-a istinadən xəbər verir ki, İran rəsmiləri şeirin separatçı çağırışlara yer verdiyini bildirib.

Məsələ ilə bağlı Türkiyənin Tehrandakı səfiri İran XİN-nə çağırılıb.