Siyasət 10:09 04.12.2020

Türkiyə səfirliyi Azərbaycan xalqına başsağlığı verdi

Türkiyənin Azərbaycandakı səfirliyi Vətən müharibəsində həlak olan şəhidlərimizə rəhmət, yaralılara isə şəfa diləyib.

Qaynarinfo xəbər verir ki, səfirlik bununla bağlı rəsmi "Twitter” səhifəsində paylaşım edib. 

"Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həyatını fəda edən 2783 qardaşımızı rəhmətlə anarıq, yaralılara şəfa diləyirik. "İki Dövlət Bir Millət” anlayışı ilə hər zaman Azərbaycanın yanında olacağımızı bir daha təkrarlayırıq”.