Ölkə 10:54 25.11.2020

Türkiyə səfirliyindən Kəlbəcər təbriki

Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyi Kəlbəcər rayonunun azad olunması ilə bağlı Azərbaycan xalqını təbrik edib.

Qaynarinfo xəbər verir ki, təbrik səfirliyin "Twitter" səhifəsində paylaşılıb. Paylaşımda deyilir:

"Kəlbəcərin işğaldan qurtulması və Azərbaycan torpaqlarına yenidən qatılması vəsiləsilə Azərbaycan ordusunu və xalqını ürəkdən qutlayırıq".