Dünya 18:52 20.04.2019

Türkiyə şəhidlərin intiqamını aldı: 20 PKK-çı məhv edildi

Türkiyə İraqla sərhəddə anti-terror əməliyyatlarını davam etdirir.

Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, bu gün əməliyyatlar nəticəsində 20 terrorçu məhv edilib.

Bu barədə ötən gün Türkiyə-İraq sərhəddində şəhid olan 4 türk əsgəri üçün Hakkaridə keçirilən vida mərasimində məlumat verilib.

"İraq sərhəddindəki Seriberi bazasında atışma zamanı 4 qəhrəman silah yoldaşımız şəhid olub, 6 qəhrəmanımız yaralanıb. Bölgədəki silahlı qüvvələrimizin başlatdığı əməliyyatlar səhər saatlarına qədər davam edib, nəticədə 20 terrorçu zərərsizləşdirilib və qəhrəman silahdaşlarımızın intiqamı alınıb" deyə bildirilib.