Video 23:21 10.05.2021

Türkiyə - Suriya sərhədi boyu tikilən beton divarın inşası yekunlaşdı (VİDEO)

Türkiyənin Suriya ilə dövlət sərhədinin Şanlıurfa, Qaziantep, Kilis, Hatay, Mardin və Şırnak sərhədlərində tikilən təhlükəsizlik divarının inşası yekunlaşıb.

"İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, təhlükəsizlik divarının çəkilməsi təxminən beş ilə yaxın davam edib.

Beton divarın ümumi uzunluğu 892 kilometr təşkil edir.

Qeyd olunur ki, üç metr hündürlükdə olan beton divar gözətçi qüllələri, keçid qapıları və elektrik infrastrukturu ilə təmin edilib.