Dünya 15:02 02.04.2020

Türkiyə turizm mövsümünün başlanğıc tarixini açıqladı

Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy koronavirus pandemiyası səbəbiylə ölkədə turizm mövsümünün başlama tarixinin dəyişdirilməsi barədə qərarı elan edib. 

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, yeni turizm mövsümü yalnız mayın sonunda başlayacaq.

"Anadolu"unun xəbərinə görə, nazir eyni zamanda, ölkənin ilk növbədə daxili turizmdə canlanmasının gözlənildiyini vurğulayıb.

Beynəlxalq hava xidmətinə gəldikdə, bu, Türkiyədə 2020-ci il iyunun sonuna qədər bərpa edə bilər.
 
Alpər