Ölkə 18:41 26.01.2019

Türkiyə universitetlərində neçə azərbaycanlı oxuyub?

Türkiyə universitetlərində 2017-18 dərs ilində 125 min 138 xarici tələbə təhsil alıb.

Qaynarinfo azedu.az-a istinadən xəbər verir ki, qardaş ölkədə ən çox Suriyadan olan xarici vətəndaşlar oxuyur.  Əksəriyyətini mühacirlərin təşkil etdiyi suriyalı tələbələrin sayı 20.701-dir. Bu rəqəm ötən tədris ilində Türkiyədə oxuyan əcnəbi tələbələrin 16,54 faizini təşkil edir.

Siyahının ikinci pilləsində isə ölkəmiz yer alır. 2017-18-ci ildə qardaş Türkiyədə 17.088 soydaşımız ali təhsil alıb. Bu da ümumi göstəricinin 13,66%-I deməkdir.

Sıralamadakı ilk üçlüyü isə Türkmənistan qapayır. Türkdilli ölkənin  12.247 gənci dost  qandaş Türkiyədə oxumaqdadır. Bu da ümumi göstəricinin 9,79%- deməkdir.

Vətəndaşları Türkiyədə daha çox oxuyan digər dövlət isə aşağıdakılardı:

İran: 6.418 (5,13%)
Əfqanıstan: 5.826 (4,66%)
İraq: 5.187 (4,15%)
Almaniya: 4.012 (3,217%)