Siyasət 22:53 03.02.2022

Türkiyə və Ermənistan nümayəndə heyətlərinin növbəti görüş vaxtı açıqlandı

Ermənistan və Türkiyə arasında normallaşma prosesində xüsusi nümayəndələrin ilk görüşü Vyanada keçiriləcək.

Qaynarinfo xəbər verir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb. Bildirilir ki, görüş fevralın 24-nə planlaşdırılıb.

Qeyd edək ki, Türkiyə ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıçı, Ermənistan isə parlament sədrinin müavini Ruben Rubinyanı normalaşma prosesi üçün xüsusi nümayəndə təyin edib.