Dünya 09:51 17.09.2020

Türkiyə XİN: S-400-lər hələ döyüş vəziyyətinə gətirilməyib

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya Federasiyasından alınan S-400 zenit raket komplekslərinin hələ hazır vəziyyətə gətirilmədiyini deyib. 

Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı CNN Türk telekanalı yayıb.

"S-400 hava hücumundan müdafiə sistemləri hələ aktivləşdirilməyib", - nazir deyib və komplekslərin "təcili ehtiyac olduğu üçün" Rusiyadan alındığını bildirib.
 
Alpər