Foto 10:12 26.12.2018

Türkiyədə 3 qəza: çox sayda ölü və yaralı var (FOTO/VİDEO)

Türkiyənin Tunceli şəhərindən paytaxt Ankaraya gedən sərnişin avtobusu qəzaya uğrayıb.

Qaynarinfo Hurriyet-ə istinadən xəbər verir ki, qeyri-sabit, qarlı hava şəraitinin səbəb olduğu qəzada 3 nəfər ölüb, 6-sı ağır olmaqla 35 nəfər yaralanıb. 

Qeyd edək ki, hava şəraiti səbəbilə digər qəzalar Ankaranın Şereflikoçhisar ərazisi və Ispartada baş verib. Yol-nəqliyyat hadisələrində müvafiq olaraq 20 və 17 nəfər yaralanıb.

Gülşən