Xəbər lenti

Türkiyədə 35 jurnalist həbs olunur
Dünya 12:21 10.08.2017

Türkiyədə 35 jurnalist həbs olunur

İstanbul Respublika Baş Prokurorluğu FETÖ terror təşkilatına üzv olmaqda şübhəli bilinən 35 jurnalist barədə həbs qərarı verib.

"Qaynarinfo" "Sözcü"yə istinadən xəbər verir ki, siyahıda yer alanların bir çoxu artıq həbs edilib və Vətən küçəsində yerləşən polis idarəsinə aparılıb. "Bylock" proqramının istifadəçisi olmaqda ittiham edilən şəxslərin evində axtarışlar aparılır. 

Həbs edilənlər arasında "Birgün" qəzetinin redaktorlarından olan Burak Əkicinin də adı var. Qəzetin internet səhifəsində Burak Əkicinin həbs edildiyi və kompyuter, telefonunun ələ keçirildiyi deyilir.

Gülşən

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->