Foto 16:03 02.02.2019

80 ildir dilənən 102 yaşlı qadın saxlanıldı (FOTO/VİDEO)

Türkiyənin Samsun şəhərində gəlini ilə birlikdə dilənçiliklə məşğul olan 102 yaşlı qadın saxlanılıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılan qadınım 80 ildir bu işlə məşğul olduğu məlum olub.

Gəlin və qaynana polisə aparılarkən gəlinin "Yenicə gəlmişik" deməsi isə diqqət çəkib.

Yaşlı qadına polisə verdiyi ifadəsində ailəsindən bir neçə şəxsin də dilənçiliklə məğul olduğunu deyib. Saxlanılan dilənçilər 153 lirə cərimə ediliblər.