Dünya 22:30 23.12.2018

Türkiyədə ağır qəza: 19 nəfər yaralandı

Türkiyədə ağır yol qəzası baş verib.

Qaynarinfo xəbər verir ki, hadisə Bursanın Orhanəli rayonunda qeydə alınıb. Yas mərasimindən qayıdan insanları daşıyan avtobus yoldan çıxaraq aşıb. Qəzaya təkərin partlaması səbəb olub. Nəticədə 19 nəfər yaralanıb.