Foto 10:04 10.12.2018

Türkiyədə ağır qəza: çox sayda ölü və yaralı var (FOTOLAR)

Türkiyənin Çanaqqala şəhərində ağır yol qəzası baş verib.

Qaynarinfo Hürriyet-ə istinadən xəbər verir ki, Biqa ərazisində fəhlələri daşıyan mikroavtobus ilə yük maşını toqquşub. Hadisə 4 nəfərin ölümü, 16 nəfərin yaralanmasına səbəb olub. 

Qəza yerinə xilasedici qrup və yanğınsöndürənlər cəlb edilib. 

Gülşən
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!