Dünya 13:00 28.03.2018

Türkiyədə avtobus qəzası: 2 ölü, 33 yaralı

Türkiyənin Çorum şəhərindəki Osmancık ərazisində sərnişin avtobusu qəzaya uğrayıb.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, avtobus ağac və istinad divarına çırpılıb. Nəitcədə 2 nəfər ölüb, 33 nəfər yaralanıb. 

Hadisə yerinə təcili tibbi yardım gəlib. Yaralılar ilkin müdaxilədən sonra xəstəxanaya aparılıb.

Gülşən