Sağlamlıq 23:33 08.10.2020

Türkiyədə daha 58 nəfər koronavirusdan öldü

Türkiyədə son sutka ərzində daha 58 nəfər koronavirusdan ölüb.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 8 667  nəfərə çatıb:

"Bu gün ölkədə  koronavirus testindən  keçən 117 101  nəfərdən 1 615-nin cavabı pozitiv çıxıb. Türkiyədə ümumilikdə 330 753 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub.  Müalicə olunan 1 403 xəstə isə bu gün evə buraxılıb".