Siyasət 20:55 04.03.2020

Türkiyədə deputatlar arasında dava düşüb

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında deputatlar arasında dava düşüb.

Qaynarinfo xəbər verir ki, müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Engin Özkoç çıxışı zamanı ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid edib.

Buna etirazını bildirən hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatlarla CHP nümayəndələri arasında əlbəyaxa dava düşüb. (azvision.az)