Ölkə 11:29 13.09.2019

Əməliyyat olunan sabiq nazirdən yeni xəbər var (FOTO)

Türkiyədə əməliyyat olunan sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının təsisçisi İsgəndər Həmidovun sağlıq durumu normaldır.

Qaynarinfo xəbər verir ki, bu barədə Modern.az-a Azərbaycan Liberal Demokrat Partiyasının sədri, Azərbaycan Xalq Hərəkatının idarə heyətinin üzvü Fuad Əliyev məlumat verib. O, bildirib ki, ailə üzvləri də İsgəndər bəyin  yanındadır:

"Bildiyim qədərilə, yanında ailə üzvlərindən kənar şəxs yoxdur. Əvvəl onun sentyabrın 10-15-i Bakıya gələcəyi güman edilirdi. İndi isə bu tarix dəqiq deyil. Yəqin ki, həkim rəyindən sonra İsgəndər Həmidovun Bakıya qayıdacağı tarix məlum olacaq”.

Qeyd edək ki, sentyabrın sonunda İ. Həmidovun rəhbərlik etdiyi Xalq Hərəkatının qurultayı gözlənilir. Onun sağlığında problem olmazsa, qurultayda şəxsən iştirak edəcəyi bildirilib.

Xatırladaq ki, bu il mayın 19-da axşam saatlarında halı pisləşən sabiq daxili işlər naziri, müayinə üçün Türkiyəyə aparılıb. Orda müayinə olduqduqdan sonra vətənə qayıdıb. Sentyabrın 6-da isə o, Türkiyənin "Gülhanə” hərbi Tibb Akademiyasında açıq ürək əməliyyatı keçirib.