Ekonomiks 19:49 23.03.2019

Türkiyədə əmlak alan azərbaycanlıların sayı açıqlandı

Fevral ayında Azərbaycanın 105 vətəndaşı Türkiyədə daşınmaz əmlak alıb. 

Qaynarinfo xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42 nəfər və ya 66,67 faiz çoxdur. 

2019-cu ilin ilk iki ayında 200 Azərbaycan vətəndaşı Türkiyədə daşınmaz əmlak alıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 72 nəfər və ya 56,25 faiz çoxdur.

Türkiyədə ən çox mənzil alan xarici vətəndaşların sayına görə İraq ilk yerdədir. Siyahıda sonrakı yeri isə iranlılar tutur.