Ekonomiks 16:17 25.07.2013

Türkiyədə ən çox kimlər ev alır? - SİYAHI

Türkiyədə daşınmaz əmlak alanların sayı rekord qırıb. 

Qaynar.info-nun türk mətbuatına istinadən verdiyi məlumata görə, 2013-cü ilin ilk 6 ayında 88 ölkə vətəndaşı Türkiyədən 7145 daşınmaz əmlak alıb. 

Siyahıda ən çox daşınmaz əmlak alan ruslar birincilik təşkil edir. 

Türkiyənin Ətraf Mühit və Şəhər Nazirliyinin hazırladığı hesabata görə, əcnəbilərin ölkədə mülk alması ilə bağlı qanunun çıxmasından sonra bu sahədə böyük artım başlayıb. 

Son 6 ayda 1567 rus vətəndaşı Türkiyədən 1388 daşınmaz əmlak alıb. Siyahıda Rusiyanı İngiltərə, Almaniya, Norveç və Səudiyyə Ərəbistanı təqib edir. 

Qaynar.info